RU

“Mümkün olan hər şeyi edəcəyik”

“Kəpəz”in portuqaliyalı qapıçısı Rojerio Santosun futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz” növbəti məğlubiyyətini aldı. “Araz-Naxçıvan”a uduzduğunuz matçla bağlı nə düşünürsüz?

– Düşünürəm ki, ilk hissəni pis keçirdik. Fasilədə 1 top geridə yollandıq və ikinci hissədə həmin qolun əvəzini çıxmaq üçün reaksiya verməyə çalışdıq. Bizim buraxdığımız səhvə görə ikinci qolu da vurdular. Belə uduzduq.

– Sizcə, bu məğlubiyyət oyunlarınıza necə təsir edəcək? Çünki vəziyyətiniz yaxşı deyil və sizə xal lazımdır.

– Nəticələri müsbətə çevirə bilmək üçün güclü mentalitetə sahib olmalıyıq. Düzdür, vəziyyət pisdir, lakin biz bunu dəyişmək üçün mümkün olan hər şeyi edəcəyik.

– Klubda ümumi ab-hava necədir? Son pilləni tərk edəcəyinizə inanırsınız?

– Biz hamımız yaxşı nəticələr əldə etməyə çalışırıq və bu düşüncəyə sahibik. Komandama inanıram və biz bunu edə bilərik.

– Adətən bu cür durumlarda komandanın bir hazırlığa, fasiləyə ehtiyacı olur. Sizin də qış fasiləsinə ehtiyacınız var?

– Qış fasiləsi haqda düşünmürük. Hələ 4 vacib oyunumuz var. Bu oyunlar 12 xaldır və onlar çox önəmlidir.

– Növbəti oyun “Şamaxı” ilə olacaq. Bu səfər oyununda qalib gəlmək mümkündürmü?

– 3 xal üçün mübarizə aparacağımız vacib matçlardan biridir. Niyə də səfərdə qalib gəlməyək?

FƏRİD

Избранный
18
futbolinfo.az

1Источники