Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə müavinlər təyin edilib. SİA xəbər verir ki, Sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.
Bu münasibətlə ADSEA-da iclas keçirilib və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təyin olunan müavinlər kollektivə təqdim edilib.