RU

Yaponiya Baş naziri Kim Çen Ina görüş təklif etdi- Bu fürsəti əldən verməməyə çağırdı

Yaponiya Baş naziri Şiqeru İşiba Şimali Koreya lideri Kim Çen Inı Tokio ilə münasibətlərdəki problemləri həll etmək üçün strateji qərar verməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, bu barədə KXDR kəşfiyyatı tərəfindən illər əvvəl oğurlandığı iddia edilən Yaponiya vətəndaşlarının ailə üzvləri ilə görüşdə bildirib.

“İki liderin strateji qərarlarına əsaslanan hərəkətlər əlaqələrimizdəki dövrü dəyişəcək”.
Bununla bağlı o, KXDR lideri ilə görüşməyə hazır olduğunu təkrarlayıb. “Mən Baş katib Kim Çen Inı bu fürsəti əldən verməməyə çağırıram”, – İşiba vurğulayıb.

Oktyabrın 17-də o, sələflərinin xəttini davam etdirərək, KXDR lideri ilə şəxsi söhbət etmək niyyətində olduğunu artıq bəyan edib. İlk dəfə mərhum baş nazir Şinzo Abe 2018-ci ildə KXDR lideri ilə ilkin şərt olmadan görüşmək əzmində olduğunu bildirdi və bundan sonra bu mövqe Yaponiya hökuməti üçün əsas oldu. Hətta baş nazirin Pxenyana səfərinin mümkünlüyü müzakirə olunub, lakin bu, heç vaxt baş tutmayıb.

Şimali Koreyanın kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən ağrılı mövzulardan biridir. 2002-ci ildə Pxenyan ilk dəfə olaraq 13 Yaponiya vətəndaşının oğurlandığını etiraf edib və onlardan 5-nin vətəninə qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilib və onların yaxınlarına həqiqiliyi təsdiq olunmayan cənazələr göndərilib.

2014-cü ilin mayında Yaponiya və Şimali Koreya hökumətləri yapon vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqatın aparılması barədə razılığa gəliblər, lakin bununla bağlı komissiya Pxenyanın təşəbbüsü ilə sonradan ləğv edilib.

Azpost.info

Избранный
30
azpost.info

1Источники