Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında nazir müavinləri, qoşun növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri ilə xidməti müşavirə keçirilib.
Mia.az Müdafiə Nazirliyin istnadla bildirir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb. Xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.