Mütəxəssislər pendirin sağlam həyat üçün vacib qida mənbəyi hesab edilsə də, yanlış istehlakının bəzi hallarda zəhərə çevrilə biləcəyini deyir.
Pendir tez xarab olan qida maddəsidir. Əgər yararlılıq müddəti keçibsə və ya düzgün saxlanmayıbsa, pendirdəki bakteriyalar sürətlə çoxalır. Bu isə ciddi qida zəhərlənməsinə səbəb olur. Listeria və Salmonella kimi bakteriyalar məhsulda yayılır. Bu mikroorqanizmlər xüsusilə immun sistemi zəif olan insanlarda ölümcül ola bilər.
Mütəxəsssislər xəbərdarlıq edir ki, açıq satılan pendiri almaq olmaz. Pendir rütubətli və isti mühitlərdə asanlıqla xarab ola bilən məhsuldur. Bazarlarda açıq şəkildə satılan pendirlər hava ilə təmasda ola və bakteriya ilə çirklənə bilər. Xüsusilə qeyri-gigiyenik şəraitdə satılarsa, bu növ pendir sağlamlıq üçün böyük risk yaradır. Mütəxəssislər açıq satılan pendirləri almamağı və təzə, qablaşdırılmış məhsullar seçməyi tövsiyə edir. Pendirin birbaşa havaya məruz qalması tərkibindəki bakteriyaların miqdarını artırır. Pendirin vakum torbalarda və ya hava keçirməyən qablarda saxlanması məsləhət görürlür.