Sabirabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Səmayə Piriyeva vəfat edib.
Modern.az-ın məlumatına görə, 79 yaşlı Səmayə Piriyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
S.Piriyeva 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
O, I çağırış Milli Məclisinin 94 saylı Hacıqabul–Salyan seçki dairəsindən deputatıolub.
Səmayə Aslan qızı Piriyeva 1945-ci il iyunun 17-də Hacıqabul rayonunun Qazıməmməd şəhərində anadan olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.
1995-ci il noyabrın 12-də 94 saylı Hacıqabul-Salyan seçki dairəsindən deputat seçilib. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvü olub.
Yeni Azərbaycan Partiyasının üzvü idi.
Allah rəhmət eləsin.