RU

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

İstanbulda azərbaycanlı “diplomat” olduğu iddia edilən M.G.Ş adlı şəxsdən 70 kq qızıl tapılması ilə bağlı yeni detallar bəlli olub.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib. Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq, araşdırmalara başlayıb.

İlkin məlumatlara görə, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur.

Избранный
6
7
publika.az

10Источники