Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib:
“Ölkəmiz 70-80% zərbəni xarici faktorlardan alır. Yağıntılar, quraqlı daxili yox, qlobal ekologiya ilə bağlıdır. Xəzər dənizinin çirklənməsinin 70% səbəbkarı Rusiyadır. Çünki ətrafdakılar sənaye şəhərləridir və nəticədə Xəzəri çirkləndirir. Kür və Araz çayının çirklənməsində də bizim payımız azdır. Çayları daha çox Ermənistan və Gürcüstan çirkləndirir”.
Ekspert bildirib ki, bizim üçün əsas qlobal problemlərdən biri su ehtiyatımızı artırmaqdır:
“Meşə ehtiyatını da artırmaq, əhalinin ekoloji maarifləndirilməsi lazımdır. Plastik torbalarla bağlı təşəbbüslər oldu,amma alternativlər olmadı. Kağız torbalar və.s olmalıdır. Plastik qablar yerinə şüşə qablar keçməlidir. Alternativlər tapılmalı sonra bəzi şeylər qadağan olunmalıdır. Okeanda elə bir canlı yoxdur ki, bədənində plastik olmasın. Bizim artıq beynimizdə 2 % plastik tapılır. Bu faciədir. Paket istifadəsini azaltmalıyıq. Plastik torbalar tamamilə yığışdırılmalıdır”.
Əfsanə Kamal
Demokrat.az