RU

Politoloq: Ermənistan hal-hazırda regionun ekoloji vəziyyətinə ən böyük təhdiddir...

Ermənistanın nəinki Azərbaycan, ümumilikdə region üçün ciddi ekoloji təhdid yaradır...

Zeynal Əmrəliyev: “Ermənistan uzun müddətdir ki, regionda əsas ekoloji gərginliyə səbəb olan ölkədir”.

“Bu gün Ermənistanın Azərbaycana vurduğu ekoloji zərərin miqdarı hətta, milyarddan da çoxdur”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın ekoloji təhdid yaratmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standarta əməl edilməməsi nəinki Azərbaycan, ümumilikdə region üçün ciddi ekoloji təhdid yaradır. Hazırda isə Ermənistan Naxçıvana yaxın yerdə, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməklə növbəti ekoloji terror törətməyə hazırlaşır. Sözügedən metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının regionun ekosisteminə böyük zərbə vurması qaçılmazdır.

Bəs, Ermənistanın ekoloji cinayətinə qarşı niyə kəskin və sərt reaksiya verilmir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Hal-hazırda Arazdəyəndə iri metallurgiya zavodunun inşa edilməsi ilə Ermənistan növbəti ekoloji terrora imza atır”.

Bununla bağlı Azərbaycanın dəfələrlə beynəlxalq birliyə müraciət etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, çox təəssüflər olsun ikili standartlar Ermənistanın cəzalanmasına imkan vermir:

“Ümumilikdə, Ermənistan uzun müddətdir ki, regionda əsas ekoloji gərginliyə səbəb olan ölkədir. Ermənistan bir tərəfdən Azərbaycan toplarlarını işğal edərək həmin torpaqlarda ekoloji siyasət həyata keçirdi. Digər tərəfdən isə, işğal olunmuş ərizələrə yaxın yaşayan Azərbaycan əhalisinə də böyük zərbə vurdu. Ermənistan həmin bölgədə olan çayların çirkləndirilməsin istiqamətində addımlar atdı, meşə massivini məhv etdi, kütləvi şəkildə yanğınlar törətdi.

Bütün bunlar da Azərbaycanın ekoloji çirklənməsinə səbəb oldu. Bu gün Ermənistanın Azərbaycana vurduğu ekoloji zərərin miqdarı hətta, milyarddan da çoxdur. Eyni zamanda Ermənistan uzun müddətdir ki, Metsomor Elektrik Stansiyasını fəaliyyətdə saxlamaqla bütün bölgəni faktiki olaraq ekoloji terror vəziyyətinə qoydu. Həm də bölgə əhalisinin ümumi yaşam təhlükəsini çətin vəziyyətə saldı.

Hal-hazırda Arazdəyəndə iri metallurgiya zavodunun inşa edilməsi ilə Ermənistan növbəti ekoloji terrora imza atır. Görünür Ermənistan bu kimi əməllərindən əl çəkmək niyyətində deyil. Bu zavodunu inşasından sonra kimyəvi tullantılar atılacaq və bölgədə ümumi ekoloji vəziyyət daha da pisləşəcək.

Zeynal Əmrəliyev: “Təəsüflər olsun ki, Ermənistan Fransa ilə eyni mövqeyini bölüşdü və qərəzli olaraq Azərbaycanda keçirilən COP29 tədbirində iştirak etmədi”.

Eyni zamanda Ermənistanın COP29 tədbirində iştirak etməməsi onların dünyadakı iqlim dəyişikliyinə biganə yanaşdığını göstərir. Azərbaycan Ermənistana rəsmi dəvət göndərdi, amma Ermənistan tədbirə rəsmi nümayəndə göndərmədi. Təəsüflər olsun ki, Ermənistan Fransa ilə eyni mövqeyini bölüşdü və qərəzli olaraq Azərbaycanda keçirilən COP29 tədbirində iştirak etmədi.

Nəticə olaraq deyə bilərik ki, Ermənistan hal-hazırda regionun ekoloji vəziyyətinə ən böyük təhdiddir. Ermənistan dünyada ekoloji terrorun önündə gələn ölkələrdən biridir. Bununla bağlı Azərbaycan dəfələrlə beynəlxalq birliyə müraciət edib. Amma çox təəssüflər olsun ki, ikili standartlar Ermənistanın cəzalanmasına imkan vermir.

Düşünək və arzu edək ki, bundan sonra Ermənistanı qarşısına qalmaq üçün heç olmasa region ölkələri Azərbaycanın səsinə səs verərək, birlikdə hərəkət edəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
21
poliqon.info

1Источники