İtaliya nəhəngi "Fənərbağça"nın ulduzunu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Napoli" Sebasian Şmanskini transfer etmək niyyətindədir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Seriya A klubunun qış "transfer pəncərəsi"ndə İstanbul təmsilçisinin qapısını "döyəcəyi" gözlənilir. "Sarı-lacivərtlilər" polşalının komandadan ayrılacağı təqdirdə ən azı 25 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, "Fənərbağça" Şmanskini "Dinamo"dan (Moskva) 9.75 milyon avroya rənglərinə "bağlamışdı".