RU

Səmayə Piriyeva vəfat etdi

Sabiq millət vəkili Səmayə Piriyeva vəfat edib.

"Unikal" APA-ya istinadən xəbər verir ki, Milli Məclisin I çağırış deputatı Səmayə Aslan qızı Piriyeva bu gün uzunsürən xəstəlikdən sonra 79 yaşında doğulduğu Hacıqabul şəhərində vəfat edib.

Qeyd edək ki, o, 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də tutub.


Mənbə: unikal.az

Избранный
9
35
unikal.az

10Источники