RU

Azərbaycanda universitetdə 791 min manat dəyərində təmir işləri aparılacaq

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalında yayımlanıb.

Təmir işlərinin icrası "NN Constraction" MMC-yə həvalə edilib və bu məqsədlə qurumla 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) dəyərində müqavilə bağlanıb.

"NN Constraction" MMC-nin nizamnamə kapitalı 20 manatdır və şirkətin qanuni təmsilçisi Məcidzadə Niyaməddin Cəlil oğludur.

Fuad Mədətov
Fins.az

Избранный
4
2
fins.az

10Источники