RU

İnkişaf etmiş ölkələr iqlim maliyyələşməsinə əhəmiyyətli dərəcədə töhfə verməlidirlər - Qana nümayəndəsi

Bakı. Trend:

İnkişaf etmiş ölkələr, ətraf mühiti əsas çirkləndirənlər olaraq,iqlim maliyyələşməsinə əhəmiyyətli dərəcədə töhfəverməlidirlər.

Trend-in məlumatına görə,bunu Qana nümayəndə heyətinin üzvü və COP29-da danışıqlarda iştirakedən Erik Kofi Afornorpe jurnalistlərə bildirib.

"Maliyyələşmənin cəlb edilməsi məsələsi bu konfransda əsasmövzulardan biridir. Maliyyə çatışmazlığı 2030-cu ilə qədər həyatakeçirməli olduğumuz Paris Sazişinin həyata keçirilməsini ciddişəkildə əngəlləyir. Düzgün maliyyə vəsaiti olmadan Paris Sazişininhəyata keçirilməsi qeyri-mümkün olur.

Ətraf mühiti əsas çirkləndirən inkişaf etmiş ölkələr əhəmiyyətlibir töhfə verməlidir. Bu məqsədlə Yaşıl İqlim Fondu, UyğunlaşmaFondu və İtki və Zərər Fondu kimi strukturlar yaradılıb. Lakin bumexanizmlərin maliyyələşdirilməsi hələ də son dərəcəqeyri-kafidir", - deyə o qeyd edib.

Buna baxmayaraq, Qana nümayəndəsi bu konfransda maliyyələşməüçün uzunmüddətli miqyaslı hədəfin razılaşdırılacağına ümidetdiyini ifadə edib.

"Qiymətləndirmələrə görə, Paris Sazişinin Afrikada həyatakeçirilməsi üçün təxminən 1,1 trilyon dollar tələb olunacaq və buməbləğ 2030-cu ilə qədər 1,8 trilyon dollara qədər arta bilər.Bəyan olunan 250 milyard dollar ayrılarsa belə, bu, dənizdə birdamla kimidir. Bu, tamamilə yetərsizdir.

Qərb ölkələri COP-da dəfələrlə öz çətinliklərini ifadə ediblər.Onlar COVID-19 və qlobal böhran səbəbindən yaranan iqtisadiproblemlərə istinad edərək, kifayət qədər maliyyə cəlb etməkdəçətinlik çəkdiklərini bildirirlər.

Şübhəsiz, onların arqumentlərinin bir hissəsi doğrudur. Lakin,bu, Paris Sazişinin həyata keçirilməsindən imtina etməliyikdeməkdirmi? Əgər maliyyələşdirmə mümkün deyilsə, onda iqlimöhdəlikləri barədə danışmağa dəyərmi? Bu, onların prioritetlərinişübhə altına alır", - o vurğulayıb.

Избранный
19
1
az.trend.az

2Источники