RU

Elşad Həsənov Yasamalda sakinlərin problemlərini həll etdi

İcra Başçısı ərazidə sakinlərlə görüşdü, sual, təklif və müraciətlərinə cavablar verdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün noyabr ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin inzibati binasının akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri küçələrin asfaltlanması, kanalizasiya xəttlərinin cari vəziyyəti, mənzillərin qış mövsümündə istiliklə təchizatı, qəzalı binaların taleyi, rayonda dəfn üçün yerlər, bina həyətlərinin abadlaşdırılması, kommersiya obyektlərinin fəaliyyəti üçün yerlərin təyin edilməsi, mənzillərin su ilə təchizatı, küçə heyvanları üçün sığınacaq və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin rayon üzrə xidmət rəhbərlərindən ərazidəki problemlərin həllində çevik olmağı və süründürməçiliyə yol verməməyi tələb etdi. İcra başçısı sakinlərin müraciətlərinin həllində məsuliyyətli və operativ olmağı xahiş etdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Избранный
17
1
xalq.az

10Источники