RU

Tarix açıqlandı: Sürücüsüz avtobuslar xəttə buraxılacaq

Almaniyada sürücüsüz avtobusların ən geci 2027-ci ilə qədər istifadəyə veriləcəyi gözlənilir.

Almaniya Federal Avtomobil Nəqliyyatı Agentliyinin prezidenti Damm bələdiyyələrə "Qatarı qaçırmayın" deyə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, Almaniya Federal Avtomobil Nəqliyyatı Agentliyinin (KBA) prezidenti Riçard Dammın sözlərinə görə, sürücüsüz avtobuslar ən geci üç il ərzində Almaniyada sərnişin daşımağa başlayacaq.

Damm “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində “Özünü idarə edən robot avtobuslar 2026-cı ildə, ən geci 2027-ci ildə Almaniyada sərnişin daşıyacaq” deyib.

Damm Hamburqun 2030-cu ilə qədər ictimai nəqliyyata 10 min avtobus daxil edə biləcəyini proqnozlaşdırdıqlarını da söyləyib:

“Sürücüsüz avtobusların və yük maşınlarının yaxın 5-10 il ərzində yollarda olacağını gözləyə bilərik". 

Bunun ABŞ-də uzun müddətdir tətbiq edildiyinə diqqət çəkən Damm, bu ölkədəki bir çox logistik firmanın uzun məsafə sürmək üçün avtonom yük maşınlarından istifadə etdiyini və bunun üçün tərəfdaşlar axtardığını da ifadə edib.

Bələdiyyələri "maşinistsiz nəqliyyat qatarını qaçırmamağa" çağıran Damm, "Bu mərhələdə bahalı bir investisiyadır, lakin təmin ediləcək çeviklik və üstünlüklər olduqca çoxdur" deyib.

Damm bildirib ki, bir çox ictimai nəqliyyat şirkətləri hazırda bu problemi həll etmir, lakin onlar bu fürsəti daha çox nəzərə almalıdırlar.

KBA prezidenti Damm siyasətçiləri də çağırş edib və onlardan tez bir zamanda avtonom nəqliyyatla bağlı strategiya hazırlamağı xahiş edib. 

"Sürücüsüz daşımalarda bələdçilik, istirahət fasilələri və ya onlara nəzarət kimi öhdəliklər olmayacaq" deyən Damm qənaət ölçüsünə də xüsusi diqqət çəkib və qanuni tənzimləmələrin ən qısa zamanda bu şərtlərə uyğunlaşdırılması lazım olduğunu qeyd edib: "Siyasət qaydaları təmin etdikcə, avtonom nəqliyyata investisiyalar cəlbedici olur və maraq artır".

Избранный
15
cebheinfo.az

1Источники