RU

Hava şəraiti ilə bağlı daha bir xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti noyabrın 24-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

 

Bu barədə Xidmət məlumat yayıb.

 

Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 

Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Tarix: 23 Noyabr 2024, 16:07   
Избранный
4
13
pravda.az

10Источники