RU

Türkiyədə güclü külək hava limanında problem yaradıb: Təyyarələr "havada qalıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İstanbul, Ankara, Antalya şəhərlərində əlverişsiz hava şəraiti təyyarələrin hərəkətində problemlər yaradıb.
İstanbulda təsirli olan cənub-qərb küləyi və şiddətli yağış səbəbindən təyyarələr təxminən 2 saat ərzində Sabiha Gökçen hava limanına enə bilməyib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təyyarələr havada fırlanmağa davam edib. Yanacağı bitməkdə olan "Pegasus", "AJet" və digər hava yollarına məxsus təyyarələr isə digər hava limanlarına təcili eniş etməli olub.
Həmçinin hava limanlarında uçuşlarda fasilələr yaranıb, bəzi reyslər ləğv edilib.
Избранный
13
oxu.az

1Источники