RU

İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə ÇAĞIRDILAR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də iqlim fəalları növbəti etiraz aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün aktivlik nümayiş etdirməməkdə ittiham ediblər.

Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün aksiyalar keçirilir. Etirazçıların fikirlərini ifadə etmələri üçün bütün şərait yaradılıb.

Bizim.Media

Избранный
15
3
bizim.media

4Источники