RU

Biz trilyonlar istəyirik, milyon və ya milyardlar problemlərin çözülməsində kifayət etmir - CAN üzvü

Biz trilyonlar istəyirik, milyon və ya milyardlar problemlərin çözülməsində kifayət etmir

Day.Az xəbər verir ki, bunu COP29 çərçivəsində Trend-ə özəl açıqlamasında İqlim Fəaliyyəti Şəbəkəsinin (CAN) üzvü Hanən Həmid Şahən deyib.

O, iqlim dəyişikliyinə qarşı mübarizədə nəzərdə tutulan illik 250 milyard dolların çox az olduğunu bildirib:

"250 milyard çox az məbləğdir. Biz bununla razılaşmırıq və belə bir fikrimiz də yoxdur. Bu, bizim üçün pis bir sövdələşmədir. Biz trilyonlar istəyirik, milyon və ya milyardlar problemlərin çözülməsinə kifayət etmir.

Bizim üçün bu pis sövdələşmədənsə, buradan heç bir razılaşma olmadan ayrılmaq daha yaxşıdır. Biz bu mesajı irəli sürən və bu konvensiyanın son dəqiqələrinə qədər bunu davam etdirəcək bütün inkişaf etməkdə olan ölkələri dəstəkləyirik. İrəli sürülən 250 milyardla razılaşmaq Paris Sazişi üçün böyük uğursuzluq olacaq".

"Fransa lideri və digər qabaqcıl Avropa ölkələrinin rəhbərləri burada olmasalar da, onların hökumətləri burada iştirak edirlər. Onların müzakirəçiləri bu otaqdadırlar. Onlar az məbləğdə vəsaitə razılaşmaq niyyətindədirlər. Mətnlərdə onların mesajları aydın görünür. Deməli, söhbət bir nəfərdən getmir, bütün prosesdən gedir.

Onlar sadəcə olaraq üzərlərinə düşən öhdəlikləri ödəməkdən boyun qaçırmaq istəyirlər. Onlar resurslarımızı alaraq bizi qarət etməyə davam edirlər. Bizə ədalətli olaraq payımızı vermək istəmirlər.

Ümid edirəm ki, sonda bu az məbləğdə vəsaitlə razılaşma əldə edilməyəcək. Daha yaxşı razılaşmaya ​​ümid edirəm. Yekun nəticəni çox səbirsizliklə gözləyirik", - deyə o vurğulayıb.

Избранный
6
1
day.az

2Источники