RU

Dörd ölkənin bankları Rusiyanın “Qazprombank”ının UnionPay kartlarına xidmət göstərməyi dayandırıb

Bu gün Türkiyə, BƏƏ, Tailand və Macarıstan bankları Rusiyanın “Qazprombank”ın UnionPay kartlarına xidmət göstərməyi dayandırıblar.

Kartdan pul çıxararkən xəta mesajı görünür və ya bankomat bu kartı dəstəkləmir. Bəzən kartın bloklanması barədə bildiriş görünür.

“TASS” xəbər verir ki, həm dövlət, həm də fiziki şəxslərə məxsus bankomatlarda UnionPay sistemli kartlar fəaliyyətini dayandırıb.

Əvvəllər “Qazprombank” UnionPay kartını internet saytından çıxarıb, həmçinin ondan istifadə zamanı bir sıra funksiyaları məhdudlaşdırıb.

Xatırladaq ki, iki gün əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketini təqdim etmişdi ki, bu paketə “Qazprombank” da daxildir.

Almaz Həsənli

Избранный
35
oxumeni.az

1Источники