RU

COP29-da mühüm razılıq əldə olundu

COP29 çərçivəsində AB və təxminən 25 ölkə yeni kömür istilik elektrik stansiyaları tikməyəcəyi öhdəliyini götürüb.

Gundem.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, bu, bu növ yanacağın istifadəsinin azaldılmasına yönəlmiş son qlobal öhdəlikdir.

Müvafiq sazişi Kanada, İngiltərə və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ indiyədək bu sənədə əhəmiyyət verməyib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan Saziş layihəsi hazırlanıb. Bu tədbirlər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi daşıyır.

Mütəxəsisslər hesab edir ki, yeni kömürlə işləyən elektrik stansiyalarının yaranması Yer kürəsində qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması hədəfi üçün ən böyük təhlükələrdən biridir.

Избранный
3
2
gundem.az

9Источники