RU

“III Dünya müharibəsinin elementləri göz önündədir”

“III

“Bir sıra dövlət başçıları, liderlər, siyasi şərhçilər tərəfindən bəşəriyyətin artıq III Dünya müharibəsi ərəfəsində olması səsləndirilir. Dünən Ukraynanın Böyük Britaniyadakı səfiri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnı dedi ki, xoş gəlib III Dünya müharibəsi. Çünki artıq onun elementləri var. Yəni artıq təkcə Rusiya deyil, müəyyən mənada az da olsa Çin, canlı qüvvəsi ilə Şimali Koreya, silahları ilə İran Rusiyanın tərəfindədir. Canlı qüvvələri olmasa da Qərb, Qərbi Avropa və ABŞ Ukraynanın tərəfində dayanır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert, politoloq İlham İsmayıl söyləyib.

O əlavə edib ki, verilən son informasiyalar göstərir ki, kifayət dərəcədə gərginlik var: “Yalnız Ukrayna poliqon deyil, eyni zamanda, Rusiyanın ərazisinə də icazə verilib ki, dərinliklərinə ABŞ, Böyük Britaniya və Fransanın istehsal etdiyi uzunmənzilli raketlərdən istifadə etsinlər. Bu artıq o elementlərin göstəricisidir. Belə bir atəş oldu. Ukrayna tərəfindən Briyans, Kursk istiqamətində raketlər atıldı. Ardınca Putinin əmri ilə noyabrın 21-də cavab atəşi oldu. Cavab atəşində yeni ballistik “oreşnik” raketi ilə Dnepr şəhəri vuruldu. Yəni ki, faktiki olaraq təkcə nüvə başlıqlı raketlərdən istifadə olunmur, bütün vəziyyətlərdən isə istifadə olunur”.

İ.İsmayıl bu, bizim anladığımız klassik dünya müharibəsi səviyyəsində olmasa da, amma artıq müəyyən elementlərinin olduğunu deyib: “Bir tərəfdə bir sıra dövlətlər, digər tərəfdə başqa bir dövlətlər dayanıb. Hələki müharibənin irimiqyaslı, yəni quru qoşunlardan daha çox raket mübadiləsi gedir. Həmçinin informasiya, təbliğat müharibəsi də gedir. Tammiqyaslı olmasa da, amma III Dünya müharibəsinin elementləri göz önündədir. Əgər taktiki nüvə silahına keçilərsə və Qərb də canlı qüvvə ilə iştirak edərsə, bu artıq tammiqyaslı III Dünya müharibəsi olacaq. ABŞ-nin yeni Prezidenti Trampdan yeni gözləntilər var. Hələ proses davam edir. Trampın irəli sürdüyü sülh planı ilə tərəflərin razılaşacağı böyük suallar altındadır. Ona görə də vəziyyət kifayət dərəcədə gərgindir. Putin Qərbi Avropanın şəhərlərinin adlarını çəkməklə necə məhv edəcəyini söyləyir. Böyük Britaniya da cavabını verdi ki, biz elə bu axşamdan müharibəyə hazırıq. Yəni belə bir proseslər gedir. Həm informasiya, həm çəkindiricilik, qorxutma faktorları var. Eyni zamanda, ballistik raketlərdən istifadə edilir. Halbuki, 1987-ci ildən müqavilə bağlanmışdı ki, yaxın və uzaqmənzilli, ortamənzilli ballistik raketlərdən istifadə edilməsin. Bəşəriyyət çox çətin və təhlükəli bir ərəfədədir”.

Röya İsrafilova

Избранный
24
xalqcebhesi.az

1Источники