RU

Azərbaycan cinayətkarların cəzalandırılması məsələsini gündəmə gətirir -ŞƏRH

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın qarşılıqlı olaraq məhkəmə iddialarını geri götürülməsi imkanlarından danışıb. Paşinyan bu barədə İctimai Televiziyaya müsahibəsində deyib. O, bildirib ki, əgər biz həqiqi sülhə nail olsaq və sülh müqaviləsi imzalasaq, o zaman belə razılaşmanı nəzərdən keçirmək olar. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq. Sərhəddə avropalı müşahidəçilərin olmasına gəlincə, Paşinyan, əslində, Azərbaycan tərəfdən belə bir tələbin olmasını inkar etməyib. Eyni zamanda o qeyd edib ki, İrəvan əks təkliflə - sərhədin delimitasiyası aparılacaq hissələrdən müşahidəçiləri geri çəkmək təklifi ilə çıxış edib.

Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Nikol Paşinyan yenə manipulyasiya həyata keçirərək daxili auditoriya və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır:

“O ictimaiyyəti əsas problemlərdən yayındıraraq özünü sülh carçısı kimi göstərmək niyyətindədir. Yəni Nikol Paşinyan əvvəlki ritorikasından əl çəkməyib. Onun dediklərini heç bir fundamental əsas görmürəm. Reallıq ondan ibarətdir ki, Azərbaycanın Ermənistana qaldırdığı iddialar rəsmi İrəvanın uzun illər ərzində həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycan dəyən ziyanın təzminatı ilə bağlıdır. Ermənistan Azərbaycana qarşı müharibə cinayətləri törədib, insanların qətliamına səbəb olub və rəsmi Bakının enerji resurslarına çıxışını əngəlləyib. Belə olan halda Azərbaycanın işğala məruz qalan tərəf olaraq beynəlxalq qurumlara iddia qaldırması bəşəri prinsiplərə xidmət edən addım kimi dəyərləndirilməlidir. Azərbaycan cinayətkarların cəzalandırılması məsələsini gündəmə gətirir. Azərbaycan məhkəmə iddiasını geri çəkərsə bu mənfi presedent yarada bilər. Digər ölkələrin də eyni cinayətləri törətmək üçün əl-qolunu açar. Azərbaycan bu iddianı heç zaman geri çəkməz. Çünki Azərbaycan erməni işğalından çox əziyyət çəkib və ziyanlara məruz qalıb”.

Ekpsert qeyd edib ki, Ermənistan işğal törədən tərəf olaraq məhkəmə iddiasından əl çəksə nolacaq, əl çəkməsə nolacaq?:
“Ermənistan öz məhkəmə iddasını Azərbaycanın iddiasıyla bağlamamalıdır. Avropa Birliyinin müşahidəçi missiyası şərti sərhəddə uzun müddətdir təxribatçı işlər görüblər və “binokl diplomatiyası” ilə məşğuldurlar. Onlar qeyri-rəsmi şəkildə guya ermənilərin təhlükəsizliyini təmin edirlər. Əsas məqsədləri isə iki ölkə arasında münasiblətləri gərginləşdirmək və sülhə əngəl törətməkdir. Azərbaycan ona görə haqlı olaraq bu missiyanın fəaliyyəti ilə bağlı narazılıqlarını dilə gətirir. Əgər Paşinyan davamlı sülhdə həqiqətən də maraqlıdırsa, onda Minsk qrupunun Ermənistandan çıxmasını tələb etməlidir”.
Избранный
15
sherg.az

1Источники