ABŞ-da listerioz bakteriyasına yoluxma hallarında artım müşahidə olunub.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilib ki, bir körpə sözügedən bakteriyaya yoluxma səbəbindən ölüb, 9 nəfər isə dörd ştatda xəstəxanaya yerləşdirilib.
Açıqlamada Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı bildirilib.
CDC bakteriyaların "Yu-Shang Food" adlı markanın məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, bu bakteriya tez-tez süd məhsulları, çiy və işlənmiş ət kimi qidalarda tapıla bilər./Publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта