Nazirlər Kabineti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi qaydasını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu Qayda “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq hazırlanıb.
Qərar 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra – Universitet) tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə (bundan sonra – xüsusi təyinatlı təhsil müəssisələri) qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara dövlət büdcəsinin vəsaiti hesabına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта