RU

Dünyadakı COP tədbirlərini gəzən məşhur fotoqraf: "Ən möhtəşəmi Azərbaycanda keçirildi"

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi artıq başa çatır.

Tədbirdə qonaq qismində iştirak edən məşhur dünyaca məşhur fotojurnalist Reza Deqati tədbir sonrası təəssüratlarını Moderator.az-a bölüşüb:

 

"Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. COP29 isə bunların ən böyük maştablı tədbirlərindən biridir. Bir çox tanınmış dövlətlərin başçıları Azərbaycana gəldilər öz çıxışları, görüşləri ilə bu layihənin önəmindən danışdılar. Hətta ölkə başçısı liderlərin bir çoxunu qəbul edib və onlarla fikir mübadiləsi apardı. COP29-un Azərbaycanda keçirilməsi dövlətin növbəti uğurudur və Azərbaycana olan etimadı artırır. Beləliklə dünya maştabında Azərbaycanın reytinqi getdikcə daha da artır.  Danılmaz faktdır ki, Azərbaycan dünyanı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Bununla yanaşı Azərbaycan çalışır ki, dünyanı narahat edən mövzulara öz töhfəsini versin.

Dünyanın müxtəlif bir ölkələrində keçirilən COP tədbirlərində iştirak etmişəm. Sayca 29-cu sessiyanın keçiriləcəyi Bakı şəhəri təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynadı. Bir müşahidəçi olaraq COP tədbirinin ən gözəli və möhtəşəmi məhz Azərbaycanda keçirildi.  

Qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişmələrinin fəsadları ilə üzləşən Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi möhtəşəm bir məqamdır. Azərbaycan  dünya düzəninə müsbət toxunuşlar etməyə cəhd edən, ekoloji prosesləri müsbətə doğru dəyişməyə çalışan azsaylı ölkələr sırasındadır. COP-un Azərbaycanda möhtəşəm şəkildə təşkilinin şahidi olduq. Burada təşkil edilmiş tədbir yaşıl və mavi zonadan ibarət idi. Yaşıl zona daha gözəl rəngarəng, göz oxşayan, mavi zona isə bir qədər darıxdırıcı idi.

Ölkəyə gələn bu qədər qonağı yerləşdirmək, onlar üçün böyük şərait yaratmaq heç də asan məsələ deyil. Bu bizim üçün gözəl  bir duyğudur ki, iki həftə ərzində hər kəs problemlərə Azərbaycanın gözü ilə baxdı, eyni zamanda proqnozlaşdırılan təhlükələrə qarşı mübarizədə planet sakinlərinə ölkəmizdən çağırışlar edildi. Odur ki, bu il nəhəng ölkələrin, dünya ictimaiyyətinin Yer kürəsini gələcək bəlalardan xilas etməsi üçün Azərbaycanı mərkəz seçməsi böyük bir məsuliyyət idi və bunun öhdəsindən peşəkarcasına gəlindi".

 

Избранный
17
1
moderator.az

2Источники