RU

Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

Image

ABŞ-ın yeni prezidenti Donald Tramp Riçard Qrenellin Ukraynaya xüsusi nümayəndəsi təyin olunmasını nəzərdən keçirir. “Reuters”in məlumatına görə, 2020-ci ildə Qrenell qısa müddətə milli kəşfiyyatın direktoru vəzifəsində çalışıb.

2019-2021-ci illərdə o, Serbiya və Kosovo arasında danışıqlar üzrə ABŞ-ın xüsusi nümayəndəsi olub. Bu müddət ərzində tərəflər arasında iqtisadi əlaqələrin normallaşdırılmasına dair saziş imzalanıb.

Qrenelli 2024-cü ilin yayında Ukraynada “muxtar zonalar” yaratmaq təşəbbüsü ilə çıxış edib, onun fikrincə, bu, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlayan hərbi münaqişənin həllinin bir hissəsi olmalı idi. O, Ukraynanın NATO-ya üzv olmasını dəstəkləməyəcəyini də bildirib.

Bundan əlavə, “Reuters” mənbələrinə istinadən bildirir ki, Tramp Ukraynada xüsusi nümayəndə vəzifəsini yaratmaqdan imtina da edə bilər.

TAHİR





Избранный
36
baki-xeber.com

1Источники