RU

Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün açıq dərs keçirilib

Maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə keyfiyyət infrastrukturunun iqtisadi faydasından bəhs edilib, ölkədə milli texniki tənzimləmə sisteminin qurulması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı çərçivəsində tələbələr üçün açıq dərs keçirilib.

Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov tədbirin açılışında çıxış edərək Dövlət Xidmətinin ali təhsil müəssisəsinin tələbələri üçün açıq dərs təşkil etmək təşəbbüsünü yüksək qiymətləndirib. Bu qəbildən olan maarifləndirmə tədbirlərinin tələbələrin gələcək inkişafında və sahə üzrə biliklərinin artırılmasında böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Açıq dərsdə Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev "Keyfiyyət infrastrukturu sahəsinin iqtisadi inkişafda rolu və bu sahədə görülmüş işlər" mövzusunda təqdimatla çıxış edib. Tələbələrə keyfiyyət infrastrukturunun əsas elementləri, obyektləri, quruluşu, eləcə də iqtisadi faydası barədə məlumat verilib. Ölkədə texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və milli texniki reqlament layihələrinin hazırlanması sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən görülən işlər diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
olaylar.az

1Источники