RU

Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir


Xeyli müddətdir   SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin  keçmiş həyat  yoldaşı   Fidan Abbasovanın və qızları Nilin hüquqlarının pozulması ilə bağlı ölkə mediasında xəbərlər yayılır.

Bu gün NUH.az-a   Fidan Abbasovanın Prezident İlham Əliyevə müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik:

 

Cənab Prezident !

 

Sizə  bir  Azərbaycan qadını  olaraq müraciət edirəm. Azərbaycanımızın vicdanlı  vəkillərinin adına ləkə olan Adəm Məmmədovun dələduzluq əməllərinə son qoymaqda mənə kömək edin. Adəm Məmmədovun mənimlə bərabər bir neçə  vətəndaşı  da aldatmasına görə yerli polis orqanlarında  araşdırmaların aparılması  bu  nı"vekil"in hansı formada fəaliyyət göstərməsindən xəbər verir.

Mənə hüquqi yardım göstərməsinə dair müqaviləni belə ortaya çıxarda bilməməklə  Adəm Məmmədovun öz ofisində qanunsuz  fəaliyyətlə məşğul  olması  sübuta yetirilsə də, Vəkillər Kollegiyasının rəhbərliyi mənimlə Adəm Məmmədovun arasında olan müqaviləni tapa bilməməsi ilə bağlı  absurd cavab verməklə öz məsuliyyətini dərk etmir, işini bitmiş hesab edir, vətəndaşların Vəkillər Kollegiyasında baş verən qeyri-obyektivliyə, ədalətsizliyə görə vəkillik  institutuna inamını  sıfıra  endirir. Əgər Adəm Məmmədova oz şəxsi ehtiyaclarını həll etməyə pul lazım idisə, məni və digər vətəndaşları aldatmasına gərək yox idi.

Əfsuslar olsun ki, mən və digərlərinin  DİN-ə və Prokurorluq orqanlarına etdiyimiz  şikayətlərə baxılmır, yalan vədlərlə yola verilməklə  hüquqlarimız  pozulur.

Özünü  vəkil hesab edən Adəm Məmmədovdan nə qədər şikayətçi olar.

Son ümid yerimiz Sizsiniz Cənab Prezidentimiz, bizlərə kömək edin!

 

Dərin hörmətlə,

Fidan Loğman qızı Abbasova


Избранный
10
1
nuh.az

2Источники