Türkiyə İraq və Suriyada PKK-ya qarşı daha bir əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalında 6, İraqın şimalındakı Metina bölgəsində isə 1 PKK terrorçusu aşkarlanaraq öldürülüb: "Terrorun mənbəyində məhv edilməsi üçün həm qurudan, həm də havadan əzm və qətiyyətlə əməliyyatlarımızı davam etdiririk. Terrorçular harada olurlarsa olsunlar, onlar qaçılmaz sonluqdan qaça bilməyəcək".
Firudin Səfərli
MİA.AZ