RU

Makqreqor arvadının yanında təcavüzdə günahkar bilindi

Dublin məhkəməsi 36 yaşlı keçmiş UFC çempionu Konor Makqreqoru zorlamaqda təqsirli bilib. 

OLAY yazır ki, bu barədə “USA Today” nəşri məlumat yayıb.

Hadisə 2018-ci ilin sonunda baş verib. İddiaçı Nikita Hendin sözlərinə görə, o, Makqreqor və başqa bir kişi, Ceyms Lourens tərəfindən cinsi təcavüzə məruz qalıb. 

Onun sözlərinə görə, o, bu hadisədən əvvəl Makqreqoru tanıyıb və rəfiqəsi ilə birlikdə onunla məclisə gedib. Daha sonra Makqreqor və Lourens onu Dublin otelinin penthausuna aparıblar, orada bütün qrup spirtli içki və qeyri-qanuni maddələr qəbul edib. Təcavüz də elə orada baş verib. Hendin vəkili məhkəmədə bildirib ki, hücumdan sonra müvəkkilini müayinə edən həkim “o qədər narahat olub ki, onun xəsarətlərinin fotoşəkillərini sifariş edib”.

Makqreqor iddiaçı ilə cinsi əlaqədə olduğunu inkar etməyib, lakin hər şeyin qarşılıqlı razılıq əsasında olduğunu iddia edib və qızı qəsbdə ittiham edib. 

Lakin məhkəmə işçiləri yəni səkkiz qadın və dörd kişi ona inanmayıb. Altı saat 10 dəqiqə davam edən müzakirədən sonra onlar Konorun cinayətdə günahkar olduğuna qərar veriblər və indi keçmiş UFC çempionu qurbana 250 min avro ödəməlidir.

Konor bildirib ki, qərardan apellyasiya şikayəti verməyi planlaşdırır: 

“Məhkəmə nümayəndələri heyətinin toplanan bütün sübutları dinləməməsi məni məyus edir. İndi ailəmin yanındayam, gələcəyimə fokuslanmışam. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, məhkəmə zamanı Makqreqora nişanlısı Di Devlin dəstək verib. O, 2008-ci ildə Konorla görüşməyə başlayıb. Cütlüyün dörd övladı var: ən kiçik uşaq ötən ilin dekabrında dünyaya gəlib.

Избранный
1
1
olay.az

10Источники