“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, o, klubdakı gələcəyi ilə bağlı danışıb..
Mütəxəssis burada uzun illər keçirməyəcəyini bildirib:
“Bir klubda 10 il çalışmaq? Bu qədər uzun müddət qala biləcəyimi düşünmürəm. Mənim dörd nəvəm var. Onlar layiqdirlər ki, 70 yaşım olana qədər vaxt ayırım”.
Qeyd edək ki, Flik 2024-cü ilin mayından İspaniya klubunu çalışdırır.