RU

Banka əmanət yerləşdirərkən 3 nüansı unutmayın 

Bütün banklarda 12%-ə qədər yerləşdirilən əmanətlər qorunur. Hər hansı bir bank bağlansa belə, banka mədaxil etdiyimiz illik 12% gəlirli əmanətimiz tam şəkildə dövlət tərəfindən sığortalanır. Bu qaydalara görə, əmanətinizi hansı bankda yerləşdirməyinizin əhəmiyyəti azdır, çünki bank bağlansa belə, dövlət həmin pulu sizə ödəyəcək.

Banka depozit yerləşdirərkən yalnız sığortalanan 12%-ə baxmaq kifayət etmir. Yəni depozit yerləşdirərkən sırf bu sığortalanan 12%- dən başqa bizim üçün üstünlükləri olsun deyə nələrə diqqət etməliyik?

Maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a açıqlamasında bildirib ki, banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu fonda xidmət haqqı ödəyirlər. Buna əsasən də, bütün banklarda müştərilərin əmanətlərinin müəyyən qanunvericilik şərtləri daxilində qorunmasını təmin edir. Əmanətlərin Sığortalanması Fondu əmanətləri milli və xarici valyutalar üzrə müxtəlif faizlərlə qoruyur. Bu şərtlər bütün banklar üçün eyni olsa da, diqqət ediləsi müxtəlif məsələlər də var.

X.Məmmədli qeyd edib ki, burda önəmli məsələlərdən biri əmanət vaxtından əvvəl götürüldükdə faizlərin hesablanmasıdır:

"Bəzi banklarda vaxtından əvvəl götürülən əmanət üçün heç bir faiz hesablanmır, digərlərində isə müəyyən müddətə görə faizlər hesablanır. Məsələn, üç aya qədər faiz hesablanmır, altı aya qədər müəyyən faiz verilə bilər və il sonunda isə faiz dərəcəsi daha yüksək ola bilər. Müqavilə imzalamadan əvvəl bu şərtlərə diqqət etmək vacibdir. Müştəri vaxtından əvvəl əmanəti götürən zaman bu məsələ onun yadına düşür. Öncədən bilsək, yaxşıdır".

X.Məmmədli bildirib ki, əmanət girovlu kredit və kredit xətti də diqqət edilməli məsələdir:

"Müştəri bəzən əmanətini vaxtından əvvəl götürmək istəmir, amma qısa müddətli maliyyə ehtiyacı yaranır. Bu halda, əmanətin girovu ilə kredit götürmək mümkündür. Banklar, adətən, əmanətin faiz dərəcəsinə əlavə olaraq müəyyən faizlə kredit verirlər. Əmanət girovlu kreditin faiz dərəcəsi adətən əmanət faizinin üzərinə 3% əlavə edilir, amma bəzi banklarda bu faiz daha yüksək ola bilər. Krediti rəsmiləşdirərkən xidmət haqqı və ya komissiya ödənib-ödənilmədiyini də yoxlamaq lazımdır".

"Daha bir önəmli məqam isə, bankın xidmət keyfiyyətidir. Məsələn, onlayn xidmətin mövcudluğu, onlayn arayış almaq, və ya onlayn kredit almaq imkanları bank seçərkən nəzərə alınmalıdır. Həmçinin, bankın müqavilə şərtləri ilə tanış olmaq və bu məsələlərə diqqət etmək müştərilər üçün çox önəmlidir. Nəticə etibarilə, əmanət qoyarkən yalnız faiz dərəcələrinə deyil, həmçinin bankın şərtlərinə, xidmət keyfiyyətinə və digər şərtlərə də diqqət yetirmək lazımdır", - deyə ekspert vurğulayıb.  

Избранный
6
2
referans.az

3Источники