RU

Azərbaycan meyvə-tərəvəz ixracından nə qədər gəlir əldə edib?

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 535 milyon 26,8 min ABŞ dolları dəyərində 515 min 707 ton meyvə-tərəvəz ixrac edilib.

Oxuməni.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında , ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 1,72% və ya 9,4 milyon dollar , həcmi isə 4,1% və ya 22 min ton azalıb.

Hesabat dövründə əsas ixrac olunan məhsullar 141,9 milyon dollar dəyərində pomidor (118,9 min ton), 96,4 milyon dollar dəyərində fındıq (15,4 min ton), 52,9 milyon dollar dəyərində xurma (74,5 min ton), 42,6 milyon dollar dəyərində alma (66,9 min ton), 20,5 milyon dollar dəyərində kartof (48,2 min ton), və 16,4 milyon dollar dəyərində (18,6 min ton) nar olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında ümumi ixracda meyvə-tərəvəzin payı 2,35 faiz, qeyri-neft məhsullarının payı isə 19,06 faiz olub.

Almaz Həsənli

Избранный
12
oxumeni.az

1Источники