"Bayer Leverkuzen"in almaniyalı yarımmüdafiəçisi Florian Virsz "Bayern", "Real" və "Mançester Siti"nin transfer hədəfindədir.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
21 yaşlı futbolçunun nümayəndələri artıq Madrid tərəfi ilə danışıqlar aparıb. "Bayern" isə Virtsin Münhen oyunçusu olması üçün 100 milyon avro və ya daha çox ödəməyə hazırdır. Rəhbərlik meydanda Camal Musiala və Floryan duetini görmək istəyir.
Alman nəhənginə ən azı 100 milyona başa gələcək transferi başa çatdırmaq üçün pul yığmaq lazım olduğundan, futbolçuların bir qisminin yayda klubdan ayrılacağı ehtimal edilir.
"Bayer" isə əsas ulduzunu əsas rəqibinə satmağa həvəsli olmadığından futbolçunu başqa çempionata transfer edilməsinə üstünlük verir.