RU

Kələmin qiyməti artacaq - AÇIQLAMA

Kənd təsərrüfatı məhsullarının qiyməti iki dəfə artıb. Bəzi məhsulların qiymətində isə ucuzlaşma müşahidə olunur. Mütəxəssislər bunun səbəbini hava şəraiti ilə əlaqələndirirlər. Buna baxmayaraq, qarşıdakı aylarda məhsulların qiymətində kəskin artımın olacağını proqnozlaşdırırlar. 

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzi oktyabr ayı üçün verdiyi kənd təsərrüfatı məhsullarının qiymət dəyişikliyi aşağıdakı kimidir: Kartofun qiyməti 6 faiz artaraq 83 qəpikdən 88 qəpiyə yüksəlib. Sarı soğanın qiyməti 12,5 faiz düşərək 35 qəpik olub. Xiyarın qiyməti 2,4-2,9 dəfə artıb. Çəhrayı pomidor 1,9 manatdan 2,9 manatadək bahalaşıb. Kələmin qiyməti 61 faiz artaraq 28 qəpikdən 45 qıpiyə yüksəlib. Yaşıl bibərin qiyməti 47 faiz artaraq 75 qəpikdən 1,10 manata yüksəlib. Badımcanın qiyməti 60 faiz artaraq 1,25 manatdan 2 manata qalxıb. 

Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, kələmin sahədə topdansatış qiyməti 45 qəpiyə təklif olunur:

"Azərbaycan kələmi Ukraynaya göndərilir. Hazırda kələmi sahələrdən iki fərqli iş adamları toplayır. Həm Bərdə, həm də Masallı zonalarında yetişən kələm Ukraynaya aparılır. Onlara kələm 40-42 qəpiyə təklif edilir. Qiymət kələmin sortuna görə dəyişir. Amma yerli bazarlara 45 qəpiyə satılır. 10 gün bundan əvvəl 53-55 qəpiyə təklif edilirdi". 

Fermer qiymətin artım səbəblərini belə izah edib:

"İlk növbədə Ukrayna getməsidir. Cənub bölgəsində bu mövsümdə 34 hektar kələm əkilib. Ötən il isə rəxminən 130 hektardan çox kələm əkilmişdi. Hələ həyətlərdə əkilən kələmləri demirik. Xaçmaz, Qusarda quraqlıq olduğundan məhsuldarlıq olmadı. Hesab edirəm ki, bu mövsümdə qiyməti artacaq. Ukraynaya daşınması da qiymətə təsir edəcək. Hər gün Azərbaycanda iki furə kələm çıxır. Bu da hardasa 40 tona yaxın məhsul edir. Bilirdim ki, bu il kələm az əkiləcək, çünkü ötən il hamının məhsulu batdı. Bu il 11 hektar kələm əkmişəm, ötən il isə 3 hektar əkmişdim".

Anar Abbasov deyib ki, əsas problem biznesmenlərin yerli məhsulları almaması, daha çox xaricdən gətirməyə üstünlük verməsidir. Fermer Yaponiyadan gətirilən toxumlara üstünlük verdiyini xüsusi vurğulayıb: 

"Çox keyfiyyətlidir, yetişəndən sonra 100 günə kimi məhsul tarlada qalır. Nə çürüyür, nə də çatlayır. Yanvar ayından sonra bizdə kələmin bir kiloqramı bir manatdan yüksək olacaq".

Избранный
18
5
seherxeber.org

6Источники