RU

Amorim: Transferlərdə son sözü baş məşqçi deməlidir

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim klubun transfer siyasətindən danışıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis "qırmızı şeytanlar" üçün futbolçu seçimini sərbəst şəkildə edəcəyini deyib: "Futbolçu seçimi prosesini təkmilləşdirməliyik. Bu məsələdə güclü mövqe tutmaq niyyətindəyəm. Çünki planladığım kimi oynamağımızı istəyirəm.

Birgə hərəkət etmək lazımdır. Amma hesab edirəm ki, son sözü məşqçi deməlidir. Hər şey razılaşdırıldıqdan sonra klub futbolçuları alıb-sata bilər.

Komanda üçün oyunçu seçimində çox məsuliyyət daşıyıram. Çünki klub düzgün transferlər etməlidirlər. Amma futbolçuları seçmək imkanım olmalıdır”.

Избранный
3
1
ikisahil.az

2Источники