RU

Sarov kəndində  səyyar qəbul keçirildi - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

"Unikal" xəbər verir ki, bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev,  rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Sarov kəndində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

Избранный
29
unikal.az

1Источники