RU

"Apple" bu ölkəyə 100 milyon təklif etdi, hakimiyyət narazı qaldı

İndoneziyaya "iPhone 16"nın idxalına qadağa qoyulduqdan sonra "Apple" iki il ərzində ölkə iqtisadiyyatına 100 milyon dollar sərmayə qoymağı və ölkə ərazisində öz cihazları üçün komponentlərin istehsalına başlamağı təklif edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə CNBC yerli mətbuata istinadən məlumat yayıb.

"Apple"  əvvəllər  də İndoneziyada proqram tərtibatçıları üçün tədqiqat və təlimləri maliyyələşdirmək üçün 100 milyon dollar sərmayə qoymağı təklif edib. Bundan əlavə, şirkət 2025-ci ilin iyul ayından başlayaraq öz cihazları üçün komponentlərin, o cümlədən "AirPods Max" üçün şəbəkəli qulaqlıqların istehsalına başlamaq niyyətindədir.


Jalə
Demokrat.az
Избранный
15
1
demokrat.az

4Источники