Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında həm qurudan, həm də havadan yeni əməliyyat keçirib.
“Far.Az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 6 üzvü Suriyanın şimalındakı “Fırat qalxanı” və “Barış pınarı” bölgələrində, 1-i isə İraqın şimalındakı Metina bölgəsində öldürülüb.
"Terrorçular harada olurlarsa-olsunlar, onları gözləyən qaçılmaz sondan qurtula bilməyəcəklər", - məlumatda vurğulanıb.