Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Ukrayna Krımı həmişəlik itirib.
O, bu barədə RİA Novosti agentliyinə müsahibəsində bildirib.
“Onların Krımı qaytarmaq üçün real planları yoxdur. Onlar anlayırlar ki, 2014-cü ildə Krımı birdəfəlik itiriblər”, – o qeyd edib.
Konstantinovun sözlərinə görə, Ukrayna təbliğatına baxmayaraq, hamı anlayır ki, krımlılar tamamilə Rusiyanın tərəfindədir.
Daha əvvəl Vladimir Zelenski etiraf etmişdi ki, Ukrayna 1991-ci il sərhədlərinə çatmaq üçün kifayət qədər gücə malik deyil.
DOĞRU.AZ