Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdənin Kətəlparaq kəndində seçicilərlə görüş keçirib.
Görüş zamanı Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Bu kəndin işıq dirəklərinin yenilənməsi, kəndə yol çəkilməsi, həmçinin kəndin içməli su problemi və s. barədə vətəndaşların müraciətlərini həlli ilə bağlı addımlar atılıb.
Deputat Xanlar Fətiyev görüşün keçirildiyi Kətəlparaq kənd tam orta məktəbin həyətinə şam ağacı əkib.