RU

“Böyük Tiqranın Halley Kometi”- erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

Image

Qasım Hacıyev: “Ermənilərin yeni ortaya atdığı və “Böyük Tiqranın” dövrünə aid olduğunu iddia etdikləri bu sikkə də saxtadır, düzəltmədir”

Ermənilər uzun illərdir əslən Parfiyanın arşakilər sülaləsinə məxsus olan II Tiqrana “Böyük Tiqran” adı verməklə onu  “e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı” adlandırırlar. Onların uydurmasına görə, eramızdan əvvəl 140 –55-ci illərdə guya “Ermənistan krallığı” mövcud olub (?). 

Məlum olduğu kimi, tarixdə belə bir krallığın olduğu barədə heç bir informasiya yoxdur, bu “krallıq” erməni təxəyyülünün məhsuludur. Bu iddia azmış kimi, erməni sahibkar və “Reddit” xidmətinin həmtəsisçisi Aleksis Ohanyan sosial şəbəkələrdə yazıb ki, “Tiqran dövrünə aid sikkə” tapılıb. Barəsində danışdığı  sikkə guya  təxminən “eramızdan əvvəl 95-ci ildə zərb edilib”. “Əgər siz ermənisinizsə (və ya sadəcə tarix həvəskarısınızsa), o zaman Böyük Tiqran (?) və onun hakimiyyəti dövründə erməni krallığının (?) necə genişləndiyini bilirsiniz və Roma Respublikasının şərqindəki ən güclü dövlətə (?) çevrildi. Bu super nadir sikkələr seriyası Tiqranın hakimiyyəti dövründə peyda olan və uğurlar əlaməti sayılan Halley Kometini təmsil edir”, o yazıb.

Təsəvvür edirsiz, bu adamın iddiasının heç bir əsası olmasa da, erməni mifik düşüncəsini daşıdığı üçün həqiqətə uyğun olmayan informasiyalar yayır. 

“Onlar II Tiqranın erməni olmadığını etiraf etməsələr də, bütün dünya tarixçiləri bilir ki, Tiqran parfiyalıdır, ermənilərin onunla heç bir əlaqəsi yoxdur” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu qədər saxta yazılar, “xəritələr”,  “qədim mənbələr” icad edən ermənilər atrıq yeni bir mərhələyə keçiblər. “Şahbulaq qalasının daşlarının rəngini dəyişib oranı “qədim” “Tiqranakert” adlandıran, Kəlbəcərdəki yeni məzar daşlarının üzərinə kimyəvi maddə töküb  onları “köhnə” qəbir daşlarına oxşadan ermənilər indi də “Böyük Tiqranın” dövründə “zərb edilən” pul sikkəsi “kəşf ediblər”. Görünür, belə getsə bunlar çoxlu “yubiley medalları” da “tapacaqlar”. Ermənilərin, mifik “Böyük Ermənistanın” “şərəfinə” “yubiley medalları” da düzəldəcəklər. Onların saxtakarlığı məlumdur. Ermənilərin yeni ortaya atdığı və “Böyük Tiqranın” dövrünə aid olduğunu iddia etdikləri bu sikkə də saxtadır, düzəltmədir. Bunun onların növbəti saxtalaşdırması olduğu şübhə doğurmur. Dünya ictimaiyyətini, dünya tarixçilərini, arxeolqlarını belə saxtakarlqılarla aldatmaq mümkün deyil”. 

Q.Hacıyev qeyd etdi ki, ermənilərin saxtakar olduğunu təkcə biz bilmirik, bütün dünya bilir. O hesab edir ki, bu səbəbdən ermənilərin bu cəhdi də uğursuzluğa düçar olacaq. “Onlar II Tiqranın erməni olmadığını etiraf etməsələr də, bütün dünya tarixçiləri bilir ki, Tiqran parfiyalıdır, ermənilərin onunla heç bir əlaqəsi yoxdur”.

Q.Hacıyevin sözlərinə görə, ermənilər Aralıq dənizi sahillərindən köçüb o ərazilərə gələndən sonra böyük dövlətlərin tərkibində bir dəstə şəkilində olublar. “Ermənilərin o dövlətlərə, o dövlətlərin tarixinə sahib çıxmağa, onların irsini öz irsləri hesab etməyə heç bir ixtiyarı yoxdur. Bu gün Ermənistanın özünə məxsus heç bir dövlət atributu yoxdur və əllərində olanlar da başqa xalqlara məxsusdur. Fikirləşirəm ki, indən sonra özlərindən “qədim dövlət atributları” da “kəşf” edəcəklər. Necə ki, “Böyük Tiqranın” dövrünə aid pul sikkəsi “tapıblar”, eləcə də başqa “atributlar” “tapacaqlar”. Bu gözləniləndir.  

Təbii, bunlar hamısı saxtakarlıqdır, uydurmadır, başqatmadır, başlıcası isə özlərini aldatmadır. Ona görə də onların cavabı vaxtında verilməlidir. Bütün tarixi mənbələr, faktlar sübut edir ki, ermənilərin II Tiqranla heç bir əlaqəsi yoxdur. Tiqran dövrünə aid sikkə tapılsa  belə, onun ermənilərlə bağlılığı absurddur. Digər tərəfdən, ermənilər bilməlidir ki, bu cür saxtakarlıqlarla özlərini ifşa edirlər”-deyə Q.Hacıyev bildirdi. 

İradə SARIYEVA





Избранный
33
baki-xeber.com

1Источники