RU

Prezident və xanımını öldürəcək qatil tutduğunu etiraf etdi

"Başıma xoşagəlməz pis hadisə gələrsə hazırkı prezident Ferdinand Markos və onun həyat yoldaşını öldürəcək bir qatil tutmuşam".

Teleqraf.com "GMA" telekanalına istinadən xəbər verir ki, bunu Filippinin vitse-prezidenti Sara Duterte deyib.

Məlumata görə, vitse-prezident bu hədəni bir gün əvvəl, hüquq-mühafizə orqanları onun aparat rəhbəri Zuleyka Lopezi büdcədən sui-istifadə etmə ehtimalına görə saxladıqdan sonra edib.

Baş verənlər fonunda prezidentin mühafizə xidməti dövlət başçısının təhlükəsizlik tədbirlərini gücləndirib, milli polis isə ona qarşı təhdidlərlə bağlı araşdırmalara başlayıb.

Filippində siyasət dövlət məmurlarının ailə klanları və onların münasibətləri ilə müəyyən edilir. Duterte 2016-2022-ci illərdə respublikaya rəhbərlik edən keçmiş prezident Rodriqo Dutertenin qızıdır və hazırda narkotiklərlə mübarizə kampaniyasına görə istintaq altındadır.


Müəllif: Arzu
Избранный
24
teleqraf.com

1Источники