RU

ABŞ qoşunlarını Suriyadan çıxaracaqmı?

ABŞ seçkilərində qalib gələn Donald Tramp seçildikdən sonra Amerika qoşunlarını Suriyadan çıxarmaq qərarına gələ bilər.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

...Demokratlar qoşunların Əfqanıstandan çıxarılmasında olduğu kimi Suriyadan çıxarılması ilə bağlı çətinlikləri yenidən yaşamaq istəmədilər. İndi respublikaçılar dövründə onların ordunun çıxarılmasını həyata keçirmək şansı olacaq. Düşünürəm ki, onlar müsbət qərar qəbul edə bilərlər.

Qeyd etdiyimiz kimi, bunu türkiyəli nazir bildirib.

Hakan Fidanın sözlərinə görə, Suriyada 800 hərbçinin olması ABŞ-a sərf etmir. O hesab edir ki, bu, əksinə, Amerikanın hərbi əməliyyatları üçün maneəyə çevrilir.

Xatırladaq ki, fevral ayında Pentaqonun rəhbəri Lloyd Austin ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq planının olmadığını bildirmişdi.

ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin administrasiyası guya “İŞİD-in fəaliyyətinə görə bu ölkədə terrorla mübarizənin davam etdirilməsini” zəruri hesab edir.

Əli Babayev

Избранный
20
2
sia.az

3Источники