RU

İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi- Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

Image

“Mətndə 250 milyard dollar məbləğini görmək rüsvayçılıqdır. Qlobal Cənubun öhdəsindən gəlməli olduğu məsələlər üçün bu, əhəmiyyətsizdir. Biz bunu qəbul edə bilmərik. Çünki iqlim dəyişikliyinin fəsadlarını biz yaşayırıq və maliyyənin çox hissəsinə bizim ölkələrin ehtiyacı var. Qlobal Şimal özünü mərd aparmalı və bizə ehtiyacımız olan maliyyələşməni verməlidir”.

Bunu COP29-un iştirakçısı olan İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi, müşahidəçi Məhəmməd Lamin Səidxan deyib.

“Bizim trilyonlara ehtiyacımız var, milyardlara yox. Odur ki, həmin kiçik məbləği qəbul edə bilmərik. O məbləğlə biz ehtiyacımızı qarşılaya bilməyəcəyik. Qlobal Şimalın ikiüzlülüyü sonlandırması lazımdır. Ümid edirik ki, Avropa Birliyi və digər ölkələr Qlobal Cənubun çağırışlarını anlayar. Biz ağlamırıq, yalvarmırıq. Lakin həyatları xilas etməyimiz üçün həmin pulun masanın üzərinə qoyulmasına ehtiyac var”, - deyə M.L.Səidxan bildirib.





Избранный
27
1
baki-xeber.com

2Источники