“Eyüpspor” klubunun futbolçusu Leo Dübua Türkiyə Süperliqasında “Rizəspor” ilə keçirilmiş XIII tur matçında soyuq hava şəraitindən qorunmaq üçün maraqlı üsula əl atıb.
Bakıvaxtı.az xəbər verir ki, fransalı müdafiəçi ayaqlarının üşüməməsi üçün butslarının içərisinə duz və istiot töküb.
Qeyd edək ki, qarşılaşma “Rizəspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.