RU

Rusiya ödəniş sisteminə ZƏRBƏ

Türkiyə, BƏƏ, Macarıstan, Almaniya, Qazaxıstan və Tailand bankları Rusiyanın “Qazprombank”ı tərəfindən buraxılan “UnionPay” ödəniş sisteminin bank kartlarına xidmət göstərməyi dayandırıb.

Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.

Noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi əvvəllər sanksiyalara məruz qalmayan “Qazprombank” da daxil olmaqla onlarla fiziki və hüquqi şəxsin daxil olduğu yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb. Kredit təşkilatı xaricdə “UnionPay” kartlarının fəaliyyətində çətinliklər aşkar etdiyi barədə müştərilərə məlumat verib və onlara yaxın vaxtlarda nağd pullarını çıxarmağı tövsiyə edib.

Musavat.com

Избранный
4
3
musavat.com

4Источники