RU

Parlamentari: COP29 Azərbaycanda baş tutdu və möhtəşəm tədbir olaraq yadda qalacaq

COP29 öncəsi və tədbir zamanı bəzi qüvvələr  tərəfindən Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya aparıldı. Ümumulikdə ölkəmizə qarşı bütün bu kampaniya hibrid müharibənin ən eybəcər forması sayıla bilər. Bu şəbəkənin qarşısına COP dövründə bütün metodlardan istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq vəzifəsi qoyulmuşdu. Onlar Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmirdilər. Eyni zamanda Azərbaycanın neft-qaz sənayesini sıradan çıxarmaq və Azərbaycanı bu sahədə qeyri-real olan öhdəliklər altına salmağa çalışırdılar. Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa səy göstərdi. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır. Amma onlar heç nəyə nail olmadılar və Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etdi. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Sherg.az”a söyləyib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində ən yükək səviyyədə baş tutan tədbirlərin şahidi olduq:

“Azərbaycanın bu uğurunu isə bütün dünya gördü. Ölkəmizin belə yüksək səviyyəli tədbirə ev sahibliyi etməsi təqdirəlayiq hadisə kimi dəyərləndirilməlidir. 80 minə yaxın iştirakçının və 80-dən çox ölkənin prezident, vitse-prezident və müxtəlif rəsmi şəxslərin tədbirdə iştirakı, keçirilən tədbirlər, Prezident İlham Əliyev çıxışları bir daha göstərdi ki, COP29 ən yüksək səviyyədə təşkil olunub. Təbii ki, buna mane olmaq üçün məkirli siyasət yerütmək istəyənlər də az olmadı. Əsas məsələ ondan ibarətdir ki, COP29 Azərbaycanda baş tutdu və möhtəşəm tədbir olaraq yadda qalacaq. Azərbaycanın neft-qaz ölkəsi olduğunu irəli sürərək COP29-a ev sahibliyi etməsinə qarşı iddialar var idi. Lakin bütün arqumentlərlə ortaya qoyduq ki, Azərbaycan alternativ və bərpa olunan enerjiyə hər zaman töhvəsini verir və bu istiqamətdə keçirilən tədbirləri dəstəkləyir. Digər tərəfdən müxtəlif nazirliklərin və parlament səviyyəsində görüşlərin keçirilməsi də çox müsbət haldır”.

Deputat söyləyib ki, Azərbaycanın iqlim maliyyələşdiriməsi fonunda müxtəlif banklarla apardığı danışıqlar da öz töhfəsini verməkdədir:
“Artıq dünyada havanın temperaturunun 1 və yaxud 1,5 dərəcəyə azaldılması məsələsi gündəmdədir. Bu platforma üzərindən maliyyə dəstəyinin edilməsi isə mühim hadisədir. Yəni dünyanı narahat edən məsələlər istiqamətində müəyyən addımlar atılmalıdır. Artıq G20 dövlətlərinin Braziliyada Rio-de-Janeyroda keçirilən sammitində iqlim bölməsində Azərbaycanın COP29 etdiyi rəhbərliklə bağlı açıqlamar da öz yerini tapıb. G20 ölkələrinin iqlim fəaliyyətinin qorunması üçün xüsusi addımlar ataraq Azərbaycanla bağlı öz müsbət fikirlərini ortaya qoydular. Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyaya göstərdi ki, iqlim dəyişikliklərinə necə töhfə vermək olar və bunun üçün hansı yollardan istifadə etmək lazımdır”.
Избранный
68
sherg.az

1Источники