“Rusiyada səfərbərlikdən söhbət belə gedə bilməz”.
Viral.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
O, Müdafiə Nazirliyinin aktiv olaraq könüllülərlə müqavilələr bağladığını deyib: “Belə insanlar çoxdur. Hər gün yüzlərlə insan müqavilə imzalayaraq xüsusi əməliyyatlara gedir. Müqaviləli hərbçilərlə bağlı əsas işimiz onların təlimləri ilə bağlıdır. Təlimlər müddətində hərbi əməliyyatlara hərtərəfli hazırlanırlar”.
Son Yazılar:
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
Qeyd edək ki, Rusiyada səfərbərlik 2022-ci ilin 21 sentyabr-31 oktyabr tarixlərində həyata keçirilib. Həmin vaxt orduya 300 min nəfər cəlb edilib. Bu ilin yayında isə ölkə Prezidenti Vladimir Putin Ukrayna ilə müharibə bölgəsində 700 min hərbçinin olduğunu açıqlayıb.